Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Bank bu həftə vacib qərarı açıqlayacaq

30.10.2023 12:43 1 638
Mərkəzi Bank bu həftə vacib qərarı açıqlayacaq
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

APA xəbər verir ki, noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq. Bundan əvvəl sentyabr ayının 20-də AMB-nin İdarə Heyəti uçot dərəcəsini 9%, faiz dəhlizinin aşağı həddini 7,5%, faiz dəhlizinin yuxarı həddini isə 10% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bankdan bildirilib ki, pul siyasəti ilə bağlı növbəti qərar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycanda son bir neçə ayda inflyasiyada azalma tendensiyası davam edir. Dövlət Statistika Komitəsinin bu ilin sentyabr ayı üzrə açıqladığı göstəricilərə əsasən, inflyasiya 10,9% təşkil edib. Bu isə o deməkdir ki, AMB növbəti dəfə uçot faiz dərəcəsini sabit saxlaya bilər.

Son xəbərlər