Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Putinə Rusiya vətəndaşı olan ermənilərin Baş nazir olmasının mümkünsüzlüyündən bəhs etdi

01.04.2026 22:01 609
Paşinyan Putinə Rusiya vətəndaşı olan ermənilərin Baş nazir olmasının mümkünsüzlüyündən bəhs etdi
Rusiya Ermənistandakı bütün siyasi qüvvələrin seçkilərdə iştirak edə bilməsini istəyir.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

O qeyd edib ki, Rusiyada 2 milyondan çox erməni yaşayır: "Rusiya Federasiyasında çox sayda erməni yaşayır. Onları saymağın müxtəlif yolları var, amma biz bunun 2 milyondan çox olduğunu təxmin edirik. Əslində Daxili İşlər Nazirliyinin statistikası bunu təsdiqləyir”.

Putin Ermənistan seçkilərinin nəticəsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətlərinin möhkəmləndirilməsinə sadiqliyin davam edəcəyinə ümid etdiyini vurğulayıb: "Ermənistandakı seçkilərin necə bitməsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətlərinin qurulması və möhkəmləndirilməsinə sadiqliyimiz davam edəcək”.

Putin Ermənistanda ev dustaqlığında olan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın adını çəkməsə də, onun parlament seçkilərində iştirakına şərait yaradılmasına işarə edib.

Paşinyan isə cavabında Rusiya vətəndaşı olan ermənilərin Ermənistanda parlament seçkilərində iştirakının və ölkənin Baş naziri postunu tutmasının mümkün olmadığını diqqətə çatdırıb.

Son xəbərlər