Mojo.az Banner
23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |     22:36 Tanınmış rəssam dünyasını dəyişdi  |     22:27 412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı  |     22:22 Kürün Xəzərə töküldüyü hissəsi balıqçılıq torlarından təmizləndi  |     22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |     22:02 Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT  |     21:57 Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət  |     21:49 Tbilisi qatarında uşaqlara hansı güzəştlər olacaq?  |     21:44 Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi  |     21:36 Bu məktəblərə I sinfə qəbul müsabiqəsinin nəticələri elan olundu  |     21:30 Fəyyaz Xankişiyevin oğlunun məhkəməsi keçirildi  |     21:24 "Alisiya Möcüzələr Diyarında" adlı layihəyə görə 128 minlik dələduzluq işi  |     21:16 "Siti"də 10 illik Qvardiola dövrü bitdi  |     21:11 Ebola virusundan ölənlərin sayı açıqlandı  |     21:02 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək  |     20:56 Şənbə günü 28° isti olacaq  |    
Left Banner
Right Banner

Avtomobil nömrəsini itirın sürücü nə etməlidir?

01.04.2026 19:39 342
Avtomobil nömrəsini itirın sürücü nə etməlidir?
Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının (avtomobil nömrələrinin) itirilməsi və ya yararsız hala düşməsi hallarında sürücülər bir sıra vacib məqamları nəzərə almalıdırlar.

Baku.ws-in məlumatına görə, ilk növbədə, nömrə itirildiyi halda vətəndaş dərhal yaşadığı ərazi üzrə polis bölməsinə müraciət edərək bu barədə arayış almalıdır.

Daha sonra isə müraciət Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə təqdim olunmalıdır.

Qanunvericiliyə əsasən, itirilmiş dövlət qeydiyyat nişanlarının tapılması üçün bir ay müddət verilir. Bu müddət ərzində nömrə tapılarsa, sahibinə qaytarılır. Əks halda, həmin nömrəni yenidən əldə etmək mümkün olmur və yeni qeydiyyat nişanı alınmalıdır. Yeni nömrənin rüsumu isə üzərindəki hərf və rəqəm kombinasiyasına uyğun olaraq müəyyən edilir.

Bəzi hallarda nömrələr itmir, oğurlanır. Əgər kimsə tapdığı nömrəni pul qarşılığında geri qaytarmağı təklif edirsə, bu zaman vətəndaş dərhal polisə məlumat verməlidir. Belə hallarda hüquq-mühafizə orqanlarının müdaxiləsi vacibdir.

Eyni zamanda, nömrələrin zədələnməsi və ya qopub düşməsi halları da tez-tez rast gəlinir. Xüsusilə yapışqanlı və ya zəif bərkidilmiş nömrələr güclü külək, yüksək sürət və intensiv yağıntı nəticəsində yerindən çıxa bilər. Bəzən sürücülər bunu dərhal hiss etmirlər.

Qeyd edək ki, dövlət qeydiyyat nişanı olmadan və ya natamam (bir ədəd olmadan) avtomobil idarə etmək inzibati məsuliyyət yaradır. Həmçinin saxta və ya başqa nəqliyyat vasitəsinə aid nömrələrlə avtomobil idarə edən şəxslər də cərimələnir. Bu hallarda 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq olunur.скачать dle 11.3
Mojo.az Banner