Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Gecə onlarla nömrə itib, sürücülər nə etsin? - RƏSMİ CAVAB

22.10.2024 22:10 858
Gecə onlarla nömrə itib, sürücülər nə etsin? - RƏSMİ CAVAB
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.

"Qafqazinfo”nun məlumatına görə, bunun nəticəsində dünən axşam saatlarında bir sıra sürücülər avtomobilin dövlət nömrə nişanını itirib.
Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşıma rast gəlmək mümkündür. Kimisi itirdiyi nömrəni axtarır, kimisi də tapdığı nömrənin sahibini.
Bəs, təbiət hadisəsinin səbəb olduğu zərərə görə sürücülərə hər hansı güzəşt oluna bilər?

"Qafqazinfo” suala cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayevlə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, belə durumda qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb:

"Qaldırdığınız məsələ ilə bağlı qanunvericilikdə heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, avtomobil sahiblərinin üzərinə dövlət qeydiyyat nişanlarının təmiz saxlanılması, istehsalçı zavod tərəfindən müəyyən edilmiş yerlərdə bərkidilməsi və orada dayanıqlılığın təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Dövlət qeydiyyat nişanı qeydiyyat aparılarkən təhkim olunmuş eyniləşdirmə vasitəsidir.

Nömrənin itirilməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb. Sadəcə, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir. Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələrinə müraciət etməlidir”.  
Mübariz Ağayev xoşagəlməz durumlarla qarşılaşmamaq üçün sürücülərə müraciət də edib. O, bu cür havalarda nəqliyyat vasitələrinin sazlığının təmin olunmağının vacibliyini bir daha xatırladıb.

Son xəbərlər