Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi

31.03.2026 13:24 837
Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi
Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Zərifə Məmmədovanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib, Gəncə Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən, Zərifə Məmmədova Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 1 500 manat miqdarında cərimə cəzasından azad olunub, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

İbtidai istintaq orqanı tərəfindən toplanmış materiallara görə, Zərifə Məmmədovaya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Araşdırmalarla müəyyən edilib ki, hadisə 2024-cü il iyunun 11-də saat 13 radələrində Gəncə şəhəri, Atatürk prospekti, 265 ünvanında yerləşən marketin qarşısında baş verib.

Belə ki, təqsirləndirilən şəxs bacısı, zərərçəkmiş Təhminə Məmmədova (adı və soyadı şərtidir) Zərifənin onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığını iddia edərək və bu səbəbdən xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Zərifə də bunu bəhanə gətirərək bacısı ilə ictimai yerdə mübahisə yaradıb. O, ətrafda olan şəxslərə məhəl qoymadan ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs Təhminəni nalayiq ifadələrlə təhqir etdikdən sonra zor tətbiq edərək sağ yumruğu ilə onun burun nahiyəsinə qəsdən bir zərbə vurub. Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır və şişkinlik xəsarətləri alıb ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət kimi qiymətləndirilib.

Bundan başqa, hadisə zamanı Təhminənin əlində olan ona məxsus mavi rəngli "Redmi Note 8" mobil telefonu yerə düşərək zədələnib və arxa hissəsi çatlayıb. Nəticədə zərərçəkmiş şəxsə 90 manat məbləğində maddi ziyan vurulub.

Beləliklə, Zərifə Məmmədovanın hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiqi və özgənin əmlakına ziyan vurulması ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Zərifə Məmmədova CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 1 500 manat məbləğində cərimə cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner