Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

11-12 yaşlı aktyorlar üçün fantastik qonorar: Hər bölümə 79 min dollar

31.03.2026 11:53 789
11-12 yaşlı aktyorlar üçün fantastik qonorar: Hər bölümə 79 min dollar
"Harri Potter"in yeni televiziya adaptasiyasında baş rolları ifa edən gənc aktyorların hər birinə birinci mövsüm üçün 500 min funt sterlinq (661 687 dollar - red.) ödəniləcək.

Bu barədə "The Sun" məlumat yayıb.

Xəbərə əsasən, Harri obrazını canlandıracaq 12 yaşlı Dominik Maklaflin, Hermionanı oynayacaq 11 yaşlı Arabella Stanton və Ron rolunu ifa edəcək 12 yaşlı Alastair Stout 32 min nəfərlik namizəd siyahısını geridə qoyaraq böyük gəlir əldə ediblər.

İlk mövsümə daxil olan səkkiz bölümün hər birinə görə uşaq aktyorlar 60 min funt sterlinqdən (79 402 dollar - red.) çox qonorar alırlar. Aktyorlar artıq yeniyetməlik yaşında kifayət qədər böyük vəsait qazanmağa müvəffəq olublar.

"Onlar yaxın gələcəkdə dünyanın ən populyar üç uşağına çevriləcəklər", - deyə media orqanlarında qeyd olunur.

Jurnalistlər onu da vurğulayıblar ki, "Harri Potter və Fəlsəfə Daşı" əsərinin motivləri əsasında hazırlanan birinci mövsümün ilk nümayişinin Milad bayramı ərəfəsində HBO Max platformasında baş tutacağı gözlənilir. Coan Roulinq tərəfindən yazılmış yeddi kitabın hər biri qarşıdakı onillik ərzində ekranlaşdırılacaq. Yeniyetmə sehrbazın hekayəsindən bəhs edən yeni televiziya layihəsinin çəkiliş prosesinə isə ötən ilin yay aylarında start verilib.

Son xəbərlər