Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |    
Mojo.az Avto
Mojo.az Avto

Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq

15.01.2025 12:13 1 020
Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq
İngiltərədə "Harri Potter və Fəlsəfə Daşı"nın ilk nəşri son anda zibillikdən çıxarılıb.

Median.Az
BBC-yə istinadən xəbər verir ki, indi sahibləri onun sayəsində hərracda təxminən 40 min funt sterlinq əldə etməyi planlaşdırırlar.

Nadir nəşri NLB auksion evinin meneceri Daniel Pirs Brikshem şəhərindən olan mərhum naməlum kişinin əşyaları arasından tapıb. Kitab utilizasiya üçün nəzərdə tutulmuş bir yığın əşyanın içərisində olub.

Pirs bildirib ki, kitab 20 ildir ki, rəfdə qalıb.

Onun sözlərinə görə, tapılan nüsxə əla vəziyyətdədir, baxmayaraq ki, belə kitablar adətən köhnəlmiş və ya zədələnmiş şəkildə satılır.

Qeyd edək ki, "Harri Potter və Fəlsəfə Daşı"nın ilk tirajı 500 nüsxə olub. Onlardan 200-ü mağazalara, 300-ü isə ictimai kitabxanalara göndərilib.

Kitabın birinci səhifəsində karandaşla "2 funt sterlinq" yazılıb - bu, onun kitabxanadan satıldığı qiymətdir.

Son xəbərlər