Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Putin İlham Əliyevə təşəkkür etdi

27.03.2026 16:25 1 014
Putin İlham Əliyevə təşəkkür etdi
Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm bünövrə üzərində inkişaf edir.

Bunu Rusiya prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında bildirib.

Açılışa videokonfrans vasitəsilə qatılan Rusiya prezidenti vurğulayıb ki, Dərbənddəki yenilənmiş Azərbaycan Dövlət Dram Teatrının açılışı Dağıstan Respublikasının və ümumilikdə Rusiyanən və onunla qonşu dövlətlərin mədəni həyatında əhəmiyyətli hadisə olacaq:

"Xatırladım ki, teatrın özünün tarixi 19-cu əsrin 80-ci illərinə gedib çıxır. Bu teatrda hər zaman incəsənətə sadiq şəxslər qulluq ediblər. Sevindirici haldır ki, indi, miqyaslı bərpa işlərindən sonra teatr öz əsl müasir görkəmini alıb. Əminəm ki, yenilənmiş teatrda bizim vətəndaşlarımız zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Açılış mərasimində iştirak edən Bakıdan gələn qonaqları da salamlayırıq".

Putin çıxışında Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafından da danışıb.

Bakıdakı məşhur Rus Dram Teatrının uğurla fəaliyyət göstərdiyini xatırladan Rusiya prezidenti teatra dəstək verdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib: "Qeyd etmək istəyirəm ki, bu iki səhnə, Bakıdakı Rus Dram teatrı və Dərbəndəki Azərbaycan Dram teatrı bizim mədəniyyətlər arasındakı körpüdür".

Putin Dərbəndəki Azərbaycan teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb.скачать dle 11.3
Mojo.az Banner