Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bankların fəaliyyəti dayandırılacaq? - Vacib AÇIQLAMA - Video

24.03.2026 11:51 1 824
Bankların fəaliyyəti dayandırılacaq? - Vacib AÇIQLAMA - Video
Bu yaxınlarda Azərbaycanda banklardan birinin fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrilməsi bankların bağlanması məsələsini yenidən aktuallaşdırıb.

Hələ 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olsa da, ötən müddətdə bu göstərici iki dəfədən çox azalaraq 21-ə enib. Təkcə 2016-cı ildə 11 bank fəaliyyətini dayandırıb. Son illərdə isə prosesin bir qədər səngiməsi bank sahəsində islahatların yekunlaşdığı təəssüratı yaradırdı.

Maraqlıdır, bankların bağlanması prosesi bundan sonra da davam edə bilərmi? İqtisadçı Rəşad Həsənov Baku TV-yə bildirib ki, qısamüddətli dövrdə gözlənilməz qərarların verilməsi ehtimalı aşağıdır:

"Amma orta və uzunmüddətli perspektivdə, xüsusilə hazırkı dəyişkən və fluktuativ iqtisadi konyunktur şəraitində bankların birləşməsi, bank olmayan kredit təşkilatına çevrilməsi və ya fəaliyyətini dayandırması ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər. Eyni zamanda tənzimləyici tələblərin və normativ öhdəliklərin yerinə yetirilməməsi, eləcə də risklərin artması belə qərarlara səbəb ola bilər. Bəzi hallarda isə risklər minimum tələblərin pozulmasından deyil, gözlənilməz vəziyyətlərin yaranmasından qaynaqlana bilər ki, bu zaman Mərkəzi Bank tərəfindən bankların lisenziyası ləğv oluna bilər".

Ekspert xatırladır ki, indiyədək bankların heç də hamısının maliyyə göstəricilərinin pisləşməsi səbəbindən fəaliyyəti dayandırılmayıb. Bir neçə bankın lisenziyası qurumun idarəedici strukturunun müvafiq müraciəti əsasında ləğv olunub. Bu da bank sektorunda iştirakçıların sayının dəyişməsinin təkcə maliyyə göstəricilərindən asılı olmadığını göstərir. Bankların maliyyə göstəricilərinə gəlincə isə 2026-cı ilin əvvəlinə olan məlumata görə, hazırda fəaliyyətdə olan banklardan yalnız birinin cəmi kapitalında azalma olub. Ümumilikdə bankların cəmi kapitalının 83 faizi 10 banka aiddir. Yerdə qalan 11 bankın payı isə 17 faizə bərabərdir.

Son xəbərlər