Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri - Video

19.03.2026 20:39 543
Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri - Video
Bu gün paytaxtda demək olar ki, addımbaşı çoxmərtəbəli yaşayış binalarına rast gəlmək mümkündür. Bu binalarda yaşayan vətəndaşların əksəriyyəti ya "plug-in" hibrid, ya da elektrikli avtomobillərdən istifadə edirlər.

Median.Az
Baku TV-yə istinadən xəbər verir ki, həmin binaların həyətlərində enerjidoldurma məntəqələrinin olmaması səbəbindən sürücülər ya ictimai şarj məntəqələrindən istifadə edir, ya da xərclərə qənaət etmək məqsədilə yaşadıqları mənzildən aşağı kabel sallayaraq avtomobillərini enerji ilə yüklənməyə qoyurlar. Bu cür hallar isə bədbəxt hadisələrin başvermə riskini artırır.

Mütəxəssislər bildirirlər ki, avtomobili yaşadığınız binada təhlükəsiz şəkildə enerji ilə doldurmaq üçün mütləq əlavə və standartlara uyğun elektrik xətti çəkilməlidir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, bu sahədə Dövlət Proqramına uyğun sistemli addımlar atılmalıdır:

"Dövlət Proqramında nəzərdə tutulan şəbəkə bütün ərazilərdə mütləq qurulmalıdır. Əks halda, bu binalarda mövcud vəziyyət davam edəcək. Təəssüf ki, bəzi insanlar baş verən yanğın hadisələrindən nəticə çıxarmır və növbəti gün yenə də eyni qaydada avtomobillərini şarj edirlər. Bu isə məsuliyyətsizlikdir. Problemin həlli üçün ya daha sərt qanunvericilik tədbirləri tətbiq olunmalı, ya da vətəndaşlar üçün təhlükəsiz və əlçatan şərait yaradılaraq onlar düzgün istiqamətə yönləndirilməlidirlər".
скачать dle 11.3

Son xəbərlər