Mojo.az Banner
11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlanıb

19.03.2026 12:26 711
Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlanıb
"Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış Qarabağ 6 il əvvəl - Şanlı Zəfərdən sonra quruculuq və bərpa mərhələsinə qədəm qoydu. Keçən 6 il müddətdə işğaldan azad olunan ərazilərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub".

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, ötən 6 ildə 75 mindən çox vətəndaşımız Qarabağda yaşayaraq işləməyə və təhsil almağa başlayıb:

"Həmin müddətdə sadəcə dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il bu istiqamətə ən azı 3.5 milyard manat yönəldiləcək. Son 6 ildə Qarabağ və Şərqi Zəngəzurda 30 minə yaxın keçmiş məcburi köçkün daimi olaraq məskunlaşıb. Bu 7200-dən çox ailənin ev ilə təmin edilməsi deməkdir.

2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya yaxın müddətdə isə 3 mindən çox keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu yalnız bu ilin ilk 2 ayında keçmiş məcburi köçkünlərimizin dövlət tərəfindən 700-dən çox evlə təmin edilməsi deməkdir. Yaxın illərdə 15 milyard manata yaxın yeni dəyər formalaşdırmaq potensialı olan Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf drayverinə çevrilməkdədir".скачать dle 11.3
Mojo.az Banner