Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

QMİ Ramazan bayramı ilə bağlı fətva verdi

19.03.2026 11:31 1 392
QMİ Ramazan bayramı ilə bağlı fətva verdi
Ramazan bayramı ilə bağlı fətva verilib.

Bu, QMİ sədri Allahşükür Paşazadənin bayram təbrikində əksini tapıb.

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız!

İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm.

Bu il Rəbbimizin vacib ilahi əmri olan müqəddəs Ramazan bayramı Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz bayramı ilə üst-üstə düşür ki, bu da onların mübarəkliyini və ülviliyini daha da artırır. Uca Yaradana həmd-sənalar olsun, biz müsəlmanlar bu müqəddəs və mübarək bayramları Ulu Rəbbimizin lütfü, Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edən, qəlbindəki ülvi arzuları dirçəldən məqamlar kimi dəyərləndirir, şükürlər edirik.

Uca Allaha çox şükürlər olsun ki, əziz bayramlarımız dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri, soydaşlarımızın dədə-baba yurdlarına Böyük Qayıdışı, həyat şəraitlərinin yüksək səviyyədə təmin olunması hər birimizin qəlbini fərəhləndirir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyev cənablarının möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik layihə və təşəbbüslərdə görür, bütün sahələrdə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir.

Allaha şükürlər olsun ki, dövlət rəhbərimizin milli-mənəvi dəyərlərimizə, islami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını təcəssüm etdirir. Bu gün Qarabağın işğaldan azad olmuş bütün məkanlarında, o cümlədən azad Şuşa və Xankəndində bayram ibadətlərində, qədim ənənələrə uyğun Novruz tonqalları ətrafında bizlərə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun müzəffər sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk.

Qarabağ Zəfəri daim hər bir azərbaycanlının dualarında olmuşdur. Həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Ramazan və Novruz günlərində Vətən uğrunda şəhid olan, Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-Taaladan şəfaət diləmək bizim vəfa borcumuzdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin Türk Dövlətləri Təşkilatı - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi fətvaya əsasən, bu il şəvval ayının 1-i Ramazan bayramı, inşallah, miladi təqvimlə martın 20-nə təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı ramazan ayının son günü - bayram axşamı məğrib (şam) namazından sonradır. Qazılar Şurasının fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır.

Əziz həmvətənlər! Bir daha əziz bayramlar - Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən Novruz sevincini yaşayan xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Uca Allah bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah-Taala dünyadakı qarşıdurmaların tezliklə sülh və danışıqlar yolu ilə bitməsini nəsib etsin! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalib qərar versin! Allah-Taala Azərbaycanı qorusun!" - deyə təbrikdə bildirilib.скачать dle 11.3
Mojo.az Banner