Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda MÜHÜM QƏRAR: Hansı şəxslərə pensiya ömürlük təyin edilməlidir?

18.03.2026 13:12 1 293
Azərbaycanda MÜHÜM QƏRAR: Hansı şəxslərə pensiya ömürlük təyin edilməlidir?
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

İddiaçı 2017-ci ildən dövlət qulluqçusu kimi II qrup əlilliyə görə əmək pensiyası alıb və bu pensiya əlillik dövrü üçün təyin olunaraq 2022-ci ilin iyul ayınadək ödənilib. Həmin tarixdən ödəniş dayandırılıb. İddiaçı pensiya yaşına çatdığını əsas gətirərək əlilliyə görə təyin edilmiş əmək pensiyasının müddətsiz hesab olunmasını və dayandırılmış ödənişlərin bərpasını tələb edib. Cavabdeh inzibati orqan isə onun sığorta stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az olduğunu bildirərək müraciəti təmin etməyib.

Bundan sonra məhkəməyə müraciət edən şəxsin şikayəti birinci instansiya məhkəməsi tərəfindən rədd olunsa da, apellyasiya instansiyası bu qərarı ləğv edərək iddianı təmin edib və pensiyanın müddətsiz hesab olunması qənaətinə gəlib. Cavabdeh həmin qərardan kassasiya şikayəti verib.

Ali Məhkəmə kassasiya şikayətini təmin etməyərək apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Qərarda bildirilib ki, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin anda əlillik statusu qüvvədə olduqda, əlilliyə görə əmək pensiyası ömürlük (müddətsiz) təyin edilməlidir və bunun üçün əlavə müraciət tələbi yoxdur.

Məhkəmə kollegiyası qərarında "Əmək pensiyaları haqqında" Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanunun mətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillik statusunun mövcud olmasıdır.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.

Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. "İnzibati icraat haqqında" Qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir. Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblər şəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçün əsas ola bilməz.

Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib.скачать dle 11.3
Mojo.az Banner