Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:49 Azərbaycan nefti bahalaşıb | 12:47 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq | 12:29 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü | 12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb | 12:27 Censen Huanq sevgilisinə görə "Nvidia"dan qovulmasından sonra ilk açıqlamasını verib | 12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi | 12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə | 12:12 Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib) | 12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır | 23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da narkokuryerlik edən şəxs SAXLANILDI - VİDEO

18.03.2026 13:11 903
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan beş kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

V.Quliyev ifadəsində bildirib ki, "TikTok" sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər