Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İki qurumdan əhaliyə Novruz XƏBƏRDARLIĞI - Video

17.03.2026 12:33 816
İki qurumdan əhaliyə Novruz XƏBƏRDARLIĞI - Video
"Novruz bayramı ərəfəsində, xüsusən çərşənbə axşamlarında tonqalların qalanması əsrlərdir xalqımızın tarixi köklərə əsaslanan adət-ənənələrindəndir. Amma bu bayram ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğunu da unutmamalıyıq. Xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada bilər".

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

Bildirilib ki, tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər:

"Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Təəssüf ki, hər il Novruz şənlikləri zamanı ehtiyatsızlıq səbəbindən yanğın, xəsarətalma və əmlaka ziyan dəyməsi halları qeydə alınır. Unutmayaq ki, bir anlıq səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər.

Bayram sevincimizi faciəyə çevirməmək üçün hər kəsi yanğın təhlükəsizliyi qaydalarına və ətraf mühiti qorumağı vətəndaşlıq borcumuz bilib sadalanan nüanslara ciddi əməl etməyə çağırırıq. Gəlin, Novruzu birlikdə təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edək".скачать dle 11.3
Mojo.az Banner