Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Buzovnada tarixi qayalıqlar üzərində inşa edilən qanunsuz tikililər niyə sökülmür? - Video

17.03.2026 11:57 546
Buzovnada tarixi qayalıqlar üzərində inşa edilən qanunsuz tikililər niyə sökülmür? - Video
Buzovna qəsəbəsində dəniz kənarında yerləşən bəzi qanunsuz tikililər hələ də sökülməyib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin iddiasına görə, hətta sökülməli olan bəzi tikililərdə yenidən artırma və təmir işləri aparılır.

Şikayətçilərin sözlərinə görə, təxminən dörd il əvvəl Buzovna qayalıqları üzərində inşa edilən qanunsuz tikililərin sökülməsinə başlanılıb. Həmin dövrdə Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında 11 qanunsuz tikili sökülüb. Lakin proses bununla da yekunlaşıb və davamı olmayıb. Qayalıqları zəbt edən dörd tikili isə hələ də yerində qalır.

Qəsəbə sakinləri bildirirlər ki, ərazidə hələ də hasarlar çəkilir və müxtəlif tikinti işləri aparılır.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən mövqe almaq mümkün olmayıb. "Buzovna dənizkənarı qayalıqları Dövlət Təbiət Abidəsi" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarətində olduğu üçün nazirliklə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.
скачать dle 11.3
Mojo.az Banner