Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır | 20:03 Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək | 19:55 Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib | 19:50 Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları | 19:42 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib | 19:37 Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | 19:30 Birinci kurs tələbəsi vəfat etdi | 19:26 Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək? | 19:24 Bakıda yaşayış binasında yanğın | 19:17 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil | 19:15 Bu sürücülər piyadalar üçün təhlükəli vəziyyət yaradırlar | 19:08 Göyçayda 10-a yaxın kənd işıqsız qalıb | 18:55 Bu yollarda sıxlıq var - SİYAHI | 18:31 TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq | 18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxdı

14.03.2026 13:53 1 008
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxdı
Şimali Koreyanın atdığı və ballistik olduğu ehtimal edilən raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Bu barədə NHK telekanalına Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi və Müdafiə Nazirliyindəki mənbələr bildiriblər.

Qeyd olunub ki, Cənubi Koreya tərəfi mərminin uçuş məsafəsi də daxil olmaqla, onun uçuşu ilə bağlı məlumatları təhlil edir.

"Yonhap" agentliyi Cənubi Koreya hərbi rəsmilərinə istinadən bildirib ki, Şimali Koreya bu gün təxminən 10 ballistik raket buraxıb.

"Silahlı qüvvələrimiz saat 13:20-də (Bakı vaxtı ilə səhər 08:20) Sunan ərazisindən Yapon dənizinə doğru atılan təxminən 10 ballistik raket aşkar ediblər", - deyə xəbərdə bildirilib.

Cənubi Koreya mediası qeyd edib ki, raketin buraxılışı ölkənin baş nazirinin ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla təmaslarda maraqlı olması barədə açıqlamaları fonunda baş tutub.

Vaşinqtonda Trampla görüşdən sonra Cənubi Koreyanın Baş naziri Kim Min Sok ABŞ prezidentinin Şimali Koreya lideri ilə görüşmək ehtimalını istisna etmədiyini bildirib.

Son xəbərlər