Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Əsabil Qasımovun qalmaqallı qohumuna "stop" qoyuldu

10.03.2026 18:55 462
Əsabil Qasımovun qalmaqallı qohumuna
Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun qalmaqallı qohumu ilə bağlı məhkəmə qərar verib. 

Median.Az-
ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edilərək, "Qarabağ İnşaat Qrupu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş olunub. 

Məlum olub ki, nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi Əmiraslanov Qərib Məhərrəm oğlu olan MMC-nin 18624.14 manat vergi borcu yaranıb. Qərib Əmiraslanov məhkəmədə borcundan 3510 manat ödəniş etdiyini və tam ödənilməsi üçün ona 10 gün vaxt verilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə iş adamının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Qeyd edək ki, Qərib Əmiraslanov "Karat" MTK-nın sahibi Əsabil Qasımovun qardaşının qaynıdır. 2015-ci ildə Qərib Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzması və ona yaranan 205000 manat borcun əvəzində "Karat" MTK-dan mənzil vermək barədə razılığa gəldiyi barədə istintaq sənədlərində göstərilib. Qərib Əmiraslanova həmin vaxt 8 il müddətinə şərti cəza verilmişdi. //Qaynarinfoскачать dle 11.3
Mojo.az Banner