Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:26 Gürcüstandan maşın gətirmək üçün əlavə 300 manat verəcəksiniz | 19:21 Günəşdə güclü partlayış oldu | 19:13 Könül Xasıyeva “pub”da səhnəyə çıxdı - VİDEO | 19:06 Bakının sıxlıq olan yolları - SİYAHI | 18:55 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib | 18:54 Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün! | 18:32 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi | 18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR

10.03.2026 12:53 963
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri bir aya qədər uzadılıb.

Median.Az
"Teleqraf"a istinadla xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında qərar qəbul edib.

Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri aprelin 4-nə qədər artırılıb.

Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Ötən ilin dekabrında onun ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər uzadılmışdı.

Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova dələduzluqda ittiham edilir.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.

Son xəbərlər