Mojo.az Banner
17:39 İsrail Livanda "Hizbullah" hədəflərinə və "Radvan" komandirlərinə zərbələr endirdi  |     17:28 Ağ Şəhərdə metro nə vaxt açılacaq? - Video  |     17:20 Ceyhun Bayramov İstanbulda Hakan Fidanla görüşdü  |     16:55 İrandan Azərbaycana təxliyə edilən səfir: "Hərbi əməliyyatlar başa çatana qədər Bakıda qalacağıq"  |     16:30 Şəmkirdə 16 yaşlı qız ANA OLDU: Ataya cinayət işi açıldı  |     16:22 Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb  |     16:21 Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib  |     16:13 İran BƏƏ-dəki ABŞ aviabazasına hücum etdi  |     16:06 "Bu gün İrana çox ağır zərbə vurulacaq" - Tramp  |     16:04 Könül Kərimovaya 245 minlik DƏLƏDUZLUQ: Evini saxta sənədlə başqasına satdılar  |     16:03 Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi  |     16:02 Naxçıvan aeroportunda uçuşlar dayandırıldıqdan sonra Bakıdan səfərlər necə təşkil olunur? - SON MƏLUMAT  |     15:19 Hansı sahədə çalışan qadınların MAAŞI DAHA ÇOXDUR?  |     15:18 Həbs edilən BNA əməkdaşları barədə qərar ləğv olundu  |     15:13 İran qonşu ölkələrə hücumlarla bağlı QƏRAR VERDİ - Video  |     15:11 Bakıda DƏHŞƏTLİ OLAY: Ata və oğlunun meyiti tapıldı  |     15:10 Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"  |     14:57 Azərbaycan vasitəsilə 66 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub  |     14:54 Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi TƏXLİYƏ EDİLDİ  |     14:41 Samuxda qadın bıçaqlanıb: Oğlu saxlanıldı  |    
Left Banner
Right Banner

Könül Kərimovaya 245 minlik DƏLƏDUZLUQ: Evini saxta sənədlə başqasına satdılar

07.03.2026 16:04 162
Könül Kərimovaya 245 minlik DƏLƏDUZLUQ: Evini saxta sənədlə başqasına satdılar
Bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq edildiyi, eləcə də müğənni Könül Kərimovanın adının da hallandığı cinayət işində təqsirləndirilən şəxslər - Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

Median.Az
"Unikal"a istinadla xəbər verir ki, istintaqla müəyyən edilib ki, hər iki təqsirləndirilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib və hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrar saxtalaşdırıblar.

İttiham aktında göstərilib ki, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46 saylı ünvanda yerləşən "ARAZ T.İ" MMC-nin binasında 156 kv olan 126 nömrəli mənzilin Sakit Məmmədova məxsus, həmin mənzillin müqavilə və maliyyə arayışının onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına olmasına baxmayaraq, həmin mənzili icazəsiz etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib.

Belə ki, 2011-ci il avqustun 13-də mənzili Yasamalda Hüseyn Cavid prospekti, 48 saylı ünvandakı mənzili 558 və 566-cı məhəllələrdə yerləşən "ARAZ T.İ" MMC-nin ofisində Elbrus Həsənova 156 min manat müqabilində qanunsuz satıb və onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da, o, Sakit Məmmədova külli miqdarda - 156 min manat məbləğində ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa, Mübariz Məmmədov "Hüquq-Ekspertiza Mərkəzi" MMC-nin rəhbəri olduğu müddət ərzində təkrarən tanışı Bəhram Abbasovun övladı Bəsrət Abbasovun təsisçisi olduğu "Konstra" MTK-nın müxtəlif müştərilərə dəyərindən ucuz qiymətə və qanunsuz satılmış mənzillərini həmin şirkətə geri qaytaracağı, mənzillərin satıldığı şəxslərə pulları geri ödəyəcəyi ilə bağlı hüquqi xidmətlər göstərəcəyi adı ilə yalan vəd verməklə 408 min, eyni zamanda "Konstra" MTK-nın layihə sənədlərinin hazırlanmasını və həmin sənədlərin dövlət ekspertizasında təsdiq edilməsini təşkil edəcəyinə dair yalan vəd verməklə 175 min, ümumilikdə 583 min manat pul vəsaitini ələ keçirib, təkrar dələduzluq edib.

O, bundan başqa, digər təqsirləndirilən şəxs olan tanışı Elçin Bağırovla faktiki olaraq mövcud olmayan mənzilləri satmaq adı ilə müştərilər tapmağı və saxta müqavilələr, maliyyə arayışları hazırlamağı, müştərilərə guya ev satdıqları barədə görüntü yaradıb, onları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini almağı razılaşıblar.

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb, onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

Bundan başqa, M.Məmmədov "ARAZ T.P" MMC-nin binasında olan 156.85 kv-lıq 20 nömrəli mənzil Məhəmməd Süleymanova məxsus olmasına baxmayaraq, həmin mənzili Təbriz Qədirovun anası Gülsarə Qədirovanın adına saxta sənəd hazırlayaraq 163 min manata satıb.

Qeyd edək ki, Mübariz Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), Elçin Bağırova isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.скачать dle 11.3
Mojo.az Banner