Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda yaxınlığına dron düşən məktəbdə SON VƏZİYYƏT

06.03.2026 16:25 327
Naxçıvanda yaxınlığına dron düşən məktəbdə SON VƏZİYYƏT
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd tam orta məktəbində tədris davam etdirilir.

Median.Az APA-ya istinadla xəbər verir ki, martın 5-də Naxçıvanda yaxınlığına İran tərəfinfən atılan dron düşən məktəbdə dərslər qaydasında davam edir.

Hadisə şahidi olan məktəbin müəllimi Leyla Həsənova deyib ki, dünən dərs zamanı güclü partlayış səsi eşidiblər: "Aeroport bizə yaxın olduğu üçün partlayışın aeroportun ərazisində baş verdiyini gördük. Dərhal uşaqları təxliyə etdik və məktəbin həyətinə çıxdıq. Təxminən 7-8 dəqiqə sonra ikinci zərbə endirildi. Yaşadığımız stresə baxmayaraq, tez bir zamanda uşaqların təxliyəsini təmin etdik".

Məktəbin digər müəllimi Aytəkin Babayeva isə qeyd edib ki, dünən baş verənlərə baxmayaraq, bu gün tədris öz qaydasında davam etdirilir: "Dünən təşviş yaransa da, vəziyyəti nəzarətdə saxladıq. Tədris prosesi cədvələ uyğun şəkildə davam edir və şagirdlərə lazım olan psixoloji dəstək göstərilir".

Qeyd edək ki, dron hücumu zamanı məktəbə ziyan dəyməyib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.скачать dle 11.3
Mojo.az Banner