Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

“Xəstə uşağım var” deyə dələduzluq edən keçmiş direktora hökm oxundu

04.03.2026 19:31 414
“Xəstə uşağım var” deyə dələduzluq edən keçmiş direktora hökm oxundu
Sumqayıt şəhərində fəaliyyət göstərən "Edinaya Roşka” və "Kolobok” uşaq bağçalarında direktor vəzifəsində işləmiş Zərinə Səfixanovanın məhkəməsi başa çatıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Zərinə Səfixanovaya 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, Zərinə Səfixanova müxtəlif vədlərlə 11 nəfər qarşı dələduzluq edib. O, əsasən "xəstə uşağım var” iddiası ilə vətəndaşlardan pul alıb qısa müddətdə qaytaracağını desə də, vədinə əməl etməyib.

Bir neçə il əvvəl mediada gedən məlumatlarda isə bildirilir ki, Zərinə Səfixanova yaxın tanışı Şahmar Abdullayevlə ilə birgə 50-yə yaxın vətəndaşa qarşı dələduzluq edib. "Bu adamlar dələduzluq yolu ilə biz vətəndaşlara məxsus külli miqdarda pulları mənimsəyiblər. Onlar öz cinayət əməllərini biz vətəndaşlardan kurs keçmək adı ilə, saxta mədaxil qəbzi əsasında pullar almaqla və kursdan sonra saxta sertifikatlar verməklə aldadaraq işlə təmin etmək adı ilə əvvəlcədən hazırladıqları plan əsasında həyata keçiriblər. Bundan əlavə, vətəndaş Zərinə Səfıxanova həyat yoldaşı adlandırdığı, mərkəzin direktoru Şahmar Abdullayevlə birgə faktiki olmayan uşaqlarının xəstəlik və sair bəhanələri adı altında öz əməkdaşları olan, biz zərərçəkmişləri aldadaraq etibarımızdan sui-istifadə etməklə, qısa müddətdə qaytaracaqları adı ilə külli miqdarda pullarımızı alaraq dələduzluq yolu ilə mənimsəyiblər”, - deyə dələduzluğa məruz qalmış vətəndaşlar həmin vaxt bildiriblər.

Son xəbərlər