Mojo.az Banner
22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |     22:14 Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |     21:23 Ceyhun Bayramov və Hakan Fidan strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:15 Xaçmazda kişi evin həyətində ölü tapıldı  |     21:10 İtaliyanın ən uzun çayı quruyur  |     21:03 İsti hava psixi sağlamlığa ziyandır  |     20:58 "İstədikləri 100 mini vermədiyim üçün mənə bunu edirlər"  |     20:50 Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Video  |    
Left Banner
Right Banner

Şirkət direktoru 110 min manatlıq dələduzluq edib

20.12.2025 15:48 447
Şirkət direktoru 110 min manatlıq dələduzluq edib
"Marthvvood" MMC-nin direktoru Teymur Məhərrəmov dələduzluq əməlinə görə cəzalandırılıb.

Qaynarinfo xəbər verir ki, ittihama görə o, mebel düzəldəcəyi vədi ilə bir neçə nəfərə qarşı dələduzluq edib. Dəymiş ziyanın ümumi məbləği 110 020 manatdır.

Teymur Məhərrəmov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Teymur Məhərrəmov məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli sayıb.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Teymur Məhərrəmovun həbsdə saxlanıldığı 11 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

"Marthvvood” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Məhərrəmov Teymur İsrail oğludur. Şirkətin hazırda 7 972,06 manat vergi borcu var.скачать dle 11.3
Mojo.az Banner