Mojo.az Banner
19:50 Şənbə günü 39 dərəcə isti olacaq  |     19:45 Maşın piyadanı vurub öldürdü - Video  |     19:36 8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - Video  |     19:30 İran "Amazon" məlumat mərkəzinə hücum edib  |     19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |     18:42 "Space TV"dən bank hesablarına həbs qoyulması ilə bağlı AÇIQLAMA (Yenilənib)  |     17:36 2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb  |     17:29 Azərbaycanda hakimlərin fəaliyyəti ilə bağlı QƏRAR  |     17:12 ADY: Tbilisi istiqamətində növbəti əlavə vaqonların istismarı üçün iş aparılır  |     17:03 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE  |     16:49 Son altı alda neçə nəfər Azərbaycana ekstradisiya edilib?  |     16:22 Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib  |     16:03 Qonaq getdiyi qohumunun evini taladı  |     15:44 Azərbaycanda bir neçə müəssisə ləğv olunub (Yenilənib)  |     15:41 Qayanada gəminin batması nəticəsində ölənlərin sayı 72-yə çatıb  |     15:40 Xaricdə təhsil hüququ qazananların SİYAHISI AÇIQLANDI  |    
Left Banner
Right Banner

“Kənddən Şəhərə” yarmarkası: Məqsəd ucuzluqdursa, qiymətlər niyə dəyişmir?

04.03.2026 17:23 309
“Kənddən Şəhərə” yarmarkası: Məqsəd ucuzluqdursa, qiymətlər niyə dəyişmir?
Bayram ərəfəsində "Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq. Yarmarkanın fəaliyyəti 12 məntəqədə nəzərdə tutulub və 11 gün fasiləsiz davam edəcək. Layihənin məqsədi bayram günlərində kəndlinin bazara çıxışını təmin etmək, şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etməkdir.

Eyni zamanda, kənd məhsullarının şəhər əhalisinə daha ucuz qiymətə təklif olunması əsas hədəflərdən biridir. Lakin yarmarkanın adı "Kənddən Şəhərə” olsa da, burada satış edənlərin əksəriyyəti paytaxt bazarlarının daimi satıcılarıdır. Öz məhsulunu birbaşa satışa çıxaran kəndlilərə isə nadir hallarda rast gəlinir. Bu səbəbdən də satıcıların müəyyən etdiyi qiymətlər Bakıdakı market şəbəkələrinin qiymətlərindən ciddi şəkildə fərqlənmir. Bu isə alıcı marağına təsirsiz ötüşmür.

Sabiq deputat Əli Əlirzayev "Qaynarinfo”ya açıqlamasında bildirib ki, "Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi kəndlinin öz məhsulunu Bakıda birbaşa satışa çıxarmasına dəstək verməkdir:

"Yarmarkaların yaradılmasının mahiyyəti kəndlini birbaşa evindən şəhərə gətirməkdir. Kəndli bazara gəlir və birbaşa şəhər alıcısı ilə təmas qurur. Onun yarmarkaya çıxardığı məhsulların qiyməti market və bazarlardan fərqlənməlidir. Ola bilsin məhsul keyfiyyətlidir və satıcı onu aşağı qiymətə təklif etmək istəmir. Bununla yanaşı, kəndli yarmarkada özünə yeni alıcılar tapır və sonradan yarmarka olmasa belə məhsulunu sata bilir”.

Deputat əlavə edib ki, yarmarkada inzibati tənzimləmə mexanizmləri tətbiq oluna bilər: "Satıcı məhsulu hansı qiymətə təqdim edəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Əgər təklif olunan qiymət onu qane etmirsə, məhsulu yarmarkada satmamalıdır. Alıcı marağını təmin etmək, keyfiyyətli məhsulların çeşidini artırmaq və alıcılıq qabiliyyətini yüksəltmək üçün qiymətlər aşağı olmalıdır. Qiymətlərin tənzimlənməsi mümkündür”.

Paytaxt bazarlarında fəaliyyət göstərən satıcıların yarmarkada 10 günlük iştirakı ilə bağlı isə Əli Əlirzayev müəyyən təşkilati çatışmazlıqların olduğunu bildirib:

"Ola bilər ki, həm bazarların, həm də yarmarkanın təşkilində iştirak edən şəxslər eynidir və bu, müəyyən monopoliyaya şərait yaradır. Əslində monopoliya olmamalıdır. Belə vəziyyətdə qiymətlərin aşağı düşməsi çətinləşir. Nəzarət mexanizmi formalaşdırılmalıdır. Bazarları təşkil edənlərlə yarmarkanı təşkil edənlər ayrı olmalı və aralarında sağlam rəqabət yaranmalıdır”.скачать dle 11.3
Mojo.az Banner