Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir

23.05.2026 22:38 492
Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir
Xəzər dənizinin suyunun azalmasının səbəbi təkcə iqlim dəyişiklikləri deyil.

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif platformalarda Xəzəryanı dövlətlərlə əməkdaşlığa başlayıb:

"Tarixə baxdıqda Xəzər dənizinin suyunun azalması və çoxalmasını dəfələrlə müşahidə etmişik. Hazırkı azalmanın səbəbi yalnız iqlim dəyişiklikləri deyil. Müxtəlif tədbirlər planlarının üzərində iş gedir. Əsasən bu planlar adaptasiya mexanizmləri üzərində qurulur. Həm Tehran Konvensiyası çərçivəsində, həm də ikitərəfli işçi qruplar vasitəsilə müzakirələr aparılır. Misal üçün, aprel ayında Qazaxıstanla ikitərəfli işçi qrupun ilk iclası keçirilib və müzakirələr artıq başlayıb. Nəticə etibarilə, bu məsələlərin həlli yalnız bir dövlət tərəfindən deyil, Xəzəryanı bütün dövlətlər tərəfindən birgə və ardıcıl tədbirlər vasitəsilə təmin edilməlidir."

Son xəbərlər