Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəyalə Quliyeva "Maşın Şou"da qazandığı avtomobili məhkəmədə uduzdu

04.03.2026 12:50 2 691
Xəyalə Quliyeva
Tanınmış aktrisa Xəyalə Quliyevaya qarşı keçmiş həyat yoldaşı məhkəmə iddiası qaldırıb.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, Yusif Musayev məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət edib.

Maraqlıdır ki, iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə "Maşın Şou" televiziya layihəsində udduğu "Nissan Kicks" avtomobilinin də adı keçir. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib.

Birinci instansiya məhkəməsi "Maşın Şou"dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib. Xəyalə Quliyeva isə qərardan apellyasiya şikayəti verib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, "Nissan Kicks" markalı avtomobil layihənin qalibi olduğu üçün ona hədiyyə kimi verilib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Məhkəmə belə qənaətə gəlib ki, həmin əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak bağışlama kimi qəbul oluna bilməz.

Tərəflərin əmlak mübahisəsi Ali Məhkəməyə qədər davam edib. Lakin Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, tərəflər arasında bağlanmış nikah 2024-cü ilin dekabrında məhkəmə qaydası ilə pozulub.скачать dle 11.3
Mojo.az Banner