Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

İki yeniyetmə iki mağazadan oğurluq etdi, azadlıqları məhdudlaşdırıldı

03.03.2026 19:59 471
İki yeniyetmə iki mağazadan oğurluq etdi, azadlıqları məhdudlaşdırıldı
Bakıda toksikomaniyadan əziyyət çəkən iki yeniyetmə oğurluq edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə Ziya və Raul (adlar şərtidir) paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən "Golden Gifts” və "TK Telekom” mağazalarından oğurluq edib. Hər iki mağazaya ümumilikdə 2519 manat ziyan dəyib.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra yeniyetmələr saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə itiham elan edilib. Hər iki şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılıb.

Məhkəmə zamanı müttəhimlər verilmiş ittiham üzrə özlərini təqsirli bilib.

Yeniyetmələrin məhkəməyə ifadələrindən məlum olub ki, onlar oğurluq etməmişdən əvvəl kley iyləyiblər.

Məhkəmənin hökmü ilə Ziya 1 il 9 ay 24 gün, Raul isə 1 il 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Son xəbərlər