Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

"Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

28.02.2026 21:06 534
Daşkənddə təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri Azərbaycan millisi üçün uğurla davam edir.

Median.Az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində tatamiyə çıxan Ömər Rəcəbli karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub. O, finala qədər Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan idmançılarını məğlub edərək həlledici mərhələyə yüksəlib. Final görüşündə isə Rusiya təmsilçisi Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.

22 yaşlı cüdoçu turnir ərzində keçirdiyi beş görüşün dördündə rəqiblərinə ne-vazada osaekomi (saxlama) fəndi ilə qalib gəlib. Bu nəticə onun Dünya turunda qazandığı ilk qızıl medal kimi yadda qalıb.

Xatırladaq ki, yarışın ilk günündə millimizin digər üzvləri - 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan yığması turnirdə 2 qızıl və 1 gümüş medal qazanaraq ümumi medal cədvəlində 39 ölkə arasında ikinci pillədə qərarlaşıb.

Son xəbərlər