Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan cüdoçusu Böyük Dəbilqədə gümüş medal qazanıb - YENİLƏNİB

30.03.2024 21:12 2 562
Azərbaycan cüdoçusu Böyük Dəbilqədə gümüş medal qazanıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

Median.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Adil Osmanova uduzub.

***

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

"Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib.

73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rəşid Məmmədəliyev uyğun ardıcıllıqla Mark Xristov (Bolqarıstan), Koen Heq (Hollandiya), Bayram Kandəmir (Türkiyə), Şahram Ahadov (Özbəkistan) və Umalta Dəmirəli (Türkiyə) məğlub edib. Onun finalda rəqibi Moldova cüdoçusu Adil Osmanov olacaq.

Digər cüdoçularımızdan Vüsal Qələndərzadə ilk görüşdə Keysey Nakanoya (Filippin) qalib gəlsə də, sonra Kiprianos Andreuya (Kipr) məğlub olub. Ömər Rəcəbli (81 kq) isə startda Joao Fernandoya (Portuqaliya) uduzub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.

Son xəbərlər