Mojo.az Banner
13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |    
Mojo.az Avto
Mojo.az Avto

60 yaşdan yuxarı şəxslərlə bağlı qadağa: İşdən çıxarmağa son qoyulur?

28.02.2026 16:53 342
60 yaşdan yuxarı şəxslərlə bağlı qadağa: İşdən çıxarmağa son qoyulur?
"Əslində bu təkliflər Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanıb".
 
Bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklifinə aydınlıq gətirərkən deyib. 

Deputat bildirib ki, İnsan hüquqları komitəsinə təqdim olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2025-ci il üzrə məruzəsində bir sıra təkliflər yer alıb:

"Bu təkliflərin hər biri iclasda səsləndirildi. Əslində bunlar Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanmış və onların hüquqi müstəviyə keçirilməsini nəzərdə tutan təkliflərdir. Onların arasında 60 yaşdan yuxarı şəxslərin təqaüd yaşına qədər işdən çıxarılmaması, eyni zamanda 35 il dövlət qulluğunda çalışmış şəxslərin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun t
"Əslində bu təkliflər Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanıb". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklifinə aydınlıq gətirərkən deyib. 
Deputat bildirib ki, İnsan hüquqları komitəsinə təqdim olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2025-ci il üzrə məruzəsində bir sıra təkliflər yer alıb:
"Bu təkliflərin hər biri iclasda səsləndirildi. Əslində bunlar Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanmış və onların hüquqi müstəviyə keçirilməsini nəzərdə tutan təkliflərdir. Onların arasında 60 yaşdan yuxarı şəxslərin təqaüd yaşına qədər işdən çıxarılmaması, eyni zamanda 35 il dövlət qulluğunda çalışmış şəxslərin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun tanınması kimi bir sıra məsələlər var idi". 

Deputat bu məsələlərin hər birinin aktual olduğunu vurğulayıb:

"Mənə elə gəlir ki, bunların təmin olunmasına zərurət var. Çünki nəticə etibarilə uzun müddət işlədikdən sonra təqaüd yaşı yaxınlaşarkən vətəndaşın birdən-birə işdən çıxarılması onun əmək pensiyası almaq hüququna zərbə vurur".

Deputat hesab edir ki, səsləndirilən bu təkliflər İnsan hüquqları komitəsinin üzvləri tərəfindən dəstəklənib: 

"Gələcəkdə bu təkliflər qanunvericilik təşəbbüsünə çevrilə bilər. Nəticədə biz vətəndaşlarımızın hüquqlarını, o cümlədən əmək, sağlamlıq və digər oxşar hüquqlarını daha yaxşı təmin etmək üçün qanunverici baza yaratmış olarıq”. 

Qeyd edək ki, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində yaşı 60-dan yuxarı olan şəxslərlə bağlı təklif yer alıb. Məruzədə 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklif edilir. скачать dle 11.3
Mojo.az Banner