Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Polis Sabunçudakı tikinti qalmaqalı ilə bağlı araşdırmalara başladı

28.02.2026 13:59 393
Polis Sabunçudakı tikinti qalmaqalı ilə bağlı araşdırmalara başladı
Paytaxtın Sabunçu rayonunun Əmir Bağırov küçəsində yerləşən həyətin qanunsuz satılması, sənədsiz tikinti işlərinin aparılması və ağacların kəsilməsinə dair sakinlərin şikayətləri ilə bağlı polis hərəkətə keçib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən ünvanda yaşayan sakinlərin iddiaları üzrə polis əməkdaşları tərəfindən prosessual araşdırmalar aparılır.

Məlumatda qeyd olunub ki, araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi tədbirlər görüləcək.

***

Paytaxtın Sabunçu rayonu, Əmir Bağırov küçəsində yaşayan sakinlər Baku TV-yə iddia ediblər ki, əvvəllər ukraynalı bir qadına məxsus olan həyət qanunsuz şəkildə satılıb və ərazidə ardıcıl olaraq sənədsiz evlər tikilib.

Onların sözlərinə görə, ərazidəki ağaclar da icazəsiz kəsilib. Bildirilib ki, tikinti işlərinə dəfələrlə müdaxilə olunsa da, proses sonradan yenidən davam etdirilib.

"Mərhumun qızının dediklərinə görə, ərazi ondan icazəsiz satılıb, yəni vərəsə odur. Maklerlər ərazini qanunsuz ələ keçirərək tikinti aparırlar. Aidiyyəti qurumlar dəfələrlə söküntü işləri həyata keçirsə də, yenə də tikintini davam etdirirlər. Bir neçə gün əvvəl gəlib qapımızı sındırmağa çalışır, bizi təhqir edirdilər. Hədə-qorxu gələrək "sizi burada yaşatmayacağıq" deyirdilər", - sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə qeyd edib: "10 gün əvvəl qadın bir makler gəlib qapımı döydü, hədə-qorxu gəldi, söyüş söydü. Qapını açmadım. Biz deyirik ki, tiksinlər, amma bunu qanuni yolla etsinlər, həyətimizi daraltmasınlar".

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Əmir Bağırov küçəsində aparılan tikinti işləri ilə bağlı fevralın 6-da vətəndaş müraciəti əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qeyd olunan ərazidə yolu məhdudlaşdıracaq tikinti işlərinin aparılmaması üçün müvafiq nəzarətin təmin edilməsi məqsədilə yerli icra hakimiyyətinə rəsmi məktub ünvanlanıb.

Ərazidəki ağacların qanunsuz kəsilməsi iddiası ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qeyd olunub ki, araşdırma zamanı sözügedən ünvanda daş və dəmir lövhələrlə hasarlanmış ərazidə ağac və kol bitkilərinin kəsildiyi müəyyən edilib. Təqsirkar şəxslərin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner