Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəbə müəllim işinə düzəltmək vədi ilə dələduzluq - QƏRAR

26.02.2026 12:27 525
Bakıda məktəbə müəllim işinə düzəltmək vədi ilə dələduzluq - QƏRAR
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Kərim Gülgünovun (ad-soyad şərtidir - red.) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən protest üzrə proses başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, sonuncu iclasda elan olunan qərara əsasən, apellyasiya protesti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə ilkin instansiya məhkəməsi tərəfindən 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Apellyasiya instansiyasında "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinin tətbiqi ilə onun cəza müddəti 2 il 2 ay 25 günə endirilib.

İttihama görə, Kərim Gülgünov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib. O, özünü zərərçəkmiş Xəlil Nəbiyevin (adı, soyadı şərtidir - red.) həyat yoldaşını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən orta məktəblərin birinə "Azərbaycan dili və ədəbiyyat" müəllimi vəzifəsinə işə düzəltməyə köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan şəxs kimi təqdim edib. Müttəhim həqiqətə uyğun olmayan vədlər verərək zərərçəkmişin etibarını qazanıb və özünə inandırıb.

Beləliklə Kərim Gülgünov 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində zərərçəkmişdən 8 min manat məbləğində pul vəsaitini alıb. Lakin verdiyi vədə əməl etməyib və öhdəliyini yerinə yetirməyib.

Son xəbərlər