Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər |
Mojo.az Avto
Mojo.az Avto

8 gün yatmayanda nələr baş verir?

20.02.2026 21:37 672
8 gün yatmayanda nələr baş verir?
Böyük Britaniya sakini Tommi Qreyvs bir həftə yuxusuz qaldıqdan sonra üzləşdiyi ağır fəsadları təsvir edib.

Onun hekayəsi “Metro” nəşriyyatında dərc olunub.

Qreyvsin sözlərinə görə, o, xeyriyyə aksiyası zamanı səkkiz gündən çox yatmayıb.

Bir gün onun vəziyyəti qəfildən pisləşib və huşunu itirib.

Kişi bildirib ki, ağır stress, yuxusuzluq səbəbindən qeyri-adi düşüncələr və xəyallar inkişaf etdirib və təcrübənin sonunda reallıqla əlaqəsini tamamilə itirib:

“Nəyin gerçək, nəyin yalan olduğunu anlaya bilmədim və bu, həqiqətən də dəhşətli idi”.

Xəstəxanaya aparılıb və həkimlər ona yuxusuzluqdan qaynaqlanan manik epizodu diaqnozu qoyublar:

“Mən anlaşılmaz şəkildə danışırdım, televiziya studiyasında olduğumu, mahnı oxuduğumu, rəqs etdiyimi, araba ilə hərəkət etdiyimi və irqçiliyə, müharibəyə son qoymağı, xərçəngi birdən müalicə etməyi planlaşdırdığımı düşünürdüm”.

Britaniyalı əlavə edib ki, fiziki sağalması dörd həftə, zehni sağalması isə daha uzun çəkib.

Son xəbərlər