Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
CİNAYƏT İŞİ
Qısa arayış...
2024-cü il oktyabrın 14-də Bakının Yasamal rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Şəfayət Mehdiyev küçəsi, 97 ünvanında baş verib. Baxışda iştirak edən Sənan Həsənov bildirib ki, dostu Səbuhi Məmmədovla həyətdə söhbət edərkən, səs-küy eşitdiklərini, 2 nəfərin yerdə əlbəyaxa olduqlarını, bir şəxsin digərinə bıçaqla zərbələr vurduğunu görüblər. Sonra kimsə arxadan zərbələr vuran kişini qucaqlayıb geri çəkib, yaralanan şəxs yerdən qalxıb qaçmaq istəyəndə, avtomobilə dəyərək yerə yıxılıb. Sonra o, “103” xidmətinə zəng edərək məlumat verib. Təcili Tibbi Yardım briqadası gəlib, zərərçəkmişi xəstəxanaya aparıb. Qaranlıq olduğundan hadisəni törədənin üzünü görə bilməyib.

Hadisə olan yer
Kliniki Tibbi Mərkəzdən məlumat verilib ki, bıçaq xəsarətləri ilə daxil olan 1987-ci il təvəllüdlü Azər İbrahimov saat 23:30-da ölüb.
Məlum olub ki, həmin gecə Tbilisi prospektində Vüqar Əzizovun idarə etdiyi BMW markalı avtomobillə təxminən 40-45 yaşlı şəxs vurulub. Sürücü bildirib ki, piyada qəflətən maşının qabaq sağ tərəfinə çırpılıb və yerə yıxılıb. Onun cibindən dəstəyi sarı rəngli bıçaq yerə düşüb, alətin üzərində qan izləri olub. Sonra Təcili Tibbi yardım işçiləri gələrək piyadanı Kliniki Tibbi Mərkəzə aparıblar. Beləliklə, araşdırma zamanı məlum olub ki, Azər İbrahimovu öldürüb hadisə yerindən uzaqlaşan və avtomobillə vurulan şəxs Təbriz Həsənovdur. Sağalandan sonra noyabrın 19-da onun barəsində həbs qətiimkan tədbiri seçilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Azər İbrahimovun bədən səhində 7 ədəd bıçaq yarası aşkar edilib.
Cinayəti törədən Təbriz Həsənov 1981-ci ildə anadan olub, evlidir və “Kristal Abşeron” şirkətində fasad ustası işləyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib.

Təbrizlə Azərin yeyib-içdikləri kafe
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Azər İbrahimovun xalası oğlu saxlanıldığı üçün o, cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Təbriz Həsənovdan cinayət aləminin ənənələrinə uyğun olaraq 200 manat köməklik etməsini istəyib. Təbriz cavab olaraq ona fəhləlik etməsini, ona görə də pulu olmadığını deyib. Bir neçə gündən sonra telefonla danışarkən Azər İbrahimov rayonda olmasını, bu məsələ ilə bağlı Nihat Abbaslı və onun tanışı Cavd Məmmədovla birlikdə görüşmələrini təklif edib. Oktyabrın 12-də axşam Bakıxanov qəsəbəsində, dəmiryolu stansiyasında görüşüb, birlikdə Cavid Məmmədovun yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi ev 484-ə gediblər. Söhbət zamanı onlar Təbrizdən 200 manat pulu çatdırmalı olduğunu tələb ediblər. Yaranmış mübahisə zamanı Cavid onun üzünə yumruqla zərbə vurub. Təbriz döyülüb təhqir edildiyindən məcbur olub onlara 100 manat verəcəyini yalandan vəd edərək həmin evdən çıxıb. Təbriz Həsənov həmin gecə Azər İbrahimovla telefonla danışaraq məhz onun Nihat Abbaslı və Cavid Məmmədovla görüşünü təşkil edib təhqir olunmasına şərait yaratdığına görə, əvvəllər cəzaçəkmə müəssisəsində olan nüfuzuna ləkə gəlməməsi üçün ondan və həmin 2 nəfərdən üzrxahlıq etmələrini bildirib.

Təbriz Həsənov
Sözlərinə məhəl qoymayan Azər İbrahimovdan qisas almaq məqsədi ilə ayın 13-də günorta zəng edib ona Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının girişində görüşmələrini deyib. Saat 16:30-da metronun yaxınlığında yerləşən “Megastore” supermarketindən dəstəyi taxta materialdan olan, qatlanmayan bıçaq alıb. Azər İbrahimovla görüşüb, piyada Şəfayət Mehdiyev küçəsi, 97 ünvanınında yerləşən “Original” adlı kafeyə gedib yeyib-içiblər. Saat 22 radələrində çıxıb kafenin qarşısında söhbət edərkən, bir gün əvvəl ona qarşı edilmiş qeyri-etik hərəkətə görə, hər üçündən üzr istəmələrini tələb edib. Azər İbrahimov bununla razılaşmadıqda, üzərindəki bıçaqla tanışına bir neçə dəfə zərbə vurub. Zərbələrin təsirindən yerə yıxılan tanışının ölmədiyini görüb ona əlavə zərbələr endirib. Azər İbrahimovun qışqırdığını eşidən şəxslər hadisəyə müdaxilə etdikdə, həmin ərazidən qaçıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılsa da, Azər İbrahimov orda ölüb.

Azər İbrahimov
Keçirilmiş ilk məhkəmə iclasında Təbirz Həsənov ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, arvadı və oğlu, 2010-cu il təvəllüdlü Cavanşir Hüseynovla birlikdə Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayıb:
“Oktyabrın 12-də cəzaçəkmə müəssisəsindən tanıdığım Azər İbrahimov zəng edərək xalası oğlu Nihatın polislər tərəfindən tutulduğunu söylədi. Köməklik etməsini xahiş etdikdə, ona pulum olmadığını bildirdim. Bundan sonra Cavid adlı şəxsin evində, ev sahibi məni vurdu. Azərin və yanında olan şəxslərin hərəkətlərini şəxsiyyətimə təhqir kimi qəbul etdi. Azəri öldürəndən sonra Nihat və Cavidi bıçaqlamağa yollandım. Piyada Tibilisi prospekti ilə hərəkət edərkən məni avtomobil vurdu. Gözlərimi açanda Klinik Tibbi Mərkəzdə olduğumu gördüm. Ayağım sınmışdı, belimdə və qolumda xəsarətlər yaranmışdı. Azərin öldüyünü xəstəxanada olanda öyrəndim. Azərlə üz-üzə dayanmışdıq, ilk zərbəni ayağından vurmuşam. Azərin telefonu ilə görüntülü Cavidə və Nihata zəng edib dostlarının yaralı vəziyyətdə yerdə uzandığını göstərdim Onlardan yanıma gəlmələrini və üzr istəmələrini tələb etdim”.

Təbrizin marketdən bıçaq alması
Növbəti iclaslarda Təbriz Həsənov özünü təqsirli bilməyərək, işin geri prokurorluğa qaytarılmasını istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Şaban İbrahimov ifadəsində göstərib ki, oğlu Azər 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 181-ci (quldurluq) maddəsi ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub:
“Azər 2021-ci ildə əfv qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edildi. Bir müddət Rusiyada işləmişdi, 2024-cü ilin aprel ayında ailə həyatı qurub. Avqust ayından Bakıda yaşayırdı. Oğlumun dəqiq nə işlə məşğul olmasını bilmirdim. Oktyabrın 14-də, gecə saat 3 radələrində oğlumun öldürüldüyünü xəbər verdilər. Sonradan öyrəndim ki, Azəri cəzaçəkmə müəssisəsində məhkum yoldaşı olmuş Təbriz Həsənov qətlə yetirib. Lakin hadisənin səbəbini bilmirəm. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edirəm”.

Prokuror məhkəmədən təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Təbriz Həsənovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldümə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Ona həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təbriz Həsənov cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.