Mojo.az Banner
17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bakı Metropoliteni" qrunt sularını Yaşıllaşdırma Təsərrüfat Birliyinə satır? - RƏSMİ AÇIQLAMA

20.02.2026 13:03 666
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro tunellərindən çıxarılan qrunt sularının səmərəli istifadəsi ilə bağlı layihəyə start verib. Layihəyə əsasən, tunellərdən xaric olunan qrunt suları xüsusi laboratoriyadan keçirilməklə şəhərdə yaşıllıqların suvarılması məqsədilə istifadə edilir.

Həmin qrunt suları Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumlarına müqavilə əsasında verilir. İddia edilir ki, müqaviləyə görə, Bakı Şəhər İcra Hakimiyyəti həmin suları ödəniş əsasında alır və yaşıllıqların suvarılmasında istifadə edir.

Məsələ ilə "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, həqiqətən də qrunt suları şəhərin yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilir: "Bildiririk ki, "Bakı Metropoliteni" QSC balansında olan müəyyən tunellərdə yaranan qrunt sularını 2018-ci ildən etibarən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə ağacların suvarılması və küçələrin yuyulması məqsədi ilə ödənişsiz əsaslarla təmin etməkdədir".

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi də faktı təsdiqləyib: "Prezident İlham Əliyev 2020-ci ildə videokonfrans müşavirəsində ölkədə su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasını məsələsinin aktuallığını nəzərə alaraq, əlavə şirin su mənbələrinin aşkar edilməsi və səmərəli istifadəsi ilə bağlı xüsusi tapşırıq verib, bundan sonra təsdiqlənmiş tədbirlər planına uyğun olaraq sözügedən layihənin icrasına başlanılıb".

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, artıq bir neçə ildir qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi "Nizami" metro stansiyasında qrunt sularının tərkibinin xüsusi ixtisaslaşmış laboratoriya şəraitində öyrənilib müsbət rəyin alınmasından sonra layihənin icrasına start verilib. Sozügedən yeraltı sulardan şəhər ərazisindəki yaşıllıqların suvarılmasında istifadə olunur".

Amma qurumdan həmin suyun ödənişli və ya ödənişsiz əsaslarla alındığı qeyd edilməyib.скачать dle 11.3
Mojo.az Banner