Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslər metro ilə pulsuz gedib-gələ bilər

20.02.2026 11:15 747
Bu şəxslər metro ilə pulsuz gedib-gələ bilər
Bakı metrosundan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları müvafiq qanunvericilik aktları ilə müəyyən edilib.

Bu barədə “Bakı metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, həmin qanunvericilik aktları və metrodan ödənişsiz istifadə edə bilən sərnişin kateqoriyaları bunlardır:

“7 yaşına qədər uşaqlar – Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər;

Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları – “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. 3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 4-cü bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər”, – məlumatda bildirilib.
//APAскачать dle 11.3
Mojo.az Banner