Mojo.az Banner
14:03 Azərbaycan xaricdə bu qurumlara borcludur  |     13:49 Bərdədə 36 yaşlı qadın yıxılaraq öldü  |     13:47 Çimərliklərə giriş niyə ödənişlidir?  |     13:28 İsraildən iddialı qərar: "F-35" qırıcısını üstələyən aparat istehsal edəcək  |     13:25 "Peşəsinə və istedadına xəyanət edənlərin maskası yırtılacaq" - Əli İsa Cabbarov  |     13:15 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO  |     13:10 İranda 4.5 bal gücündə zəlzələ baş verib  |     13:09 Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı  |     12:44 İyulun son gününün hava PROQNOZU  |     12:19 Azərbaycana hansı ölkənin botoksu gətirilir? – Rəsmi açıqlama  |     11:54 Azərbaycanda ən çox və ən az pensiyaçı olan rayonlar  |     11:48 16 yaşlı qız qida zəhərlənməsindən öldü  |     11:24 Sağlam qidalanma bahalıdır? - AÇIQLAMA  |     11:15 Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan imtina etdi  |     11:09 “Qarabağ” bu gün həlledici oyuna çıxır  |     11:00 TƏBİB-in rəhbəri daha bir baş həkimi işdən çıxardı  |     23:01 Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR  |     22:55 Trampdan İrana açıq təhdid  |     22:50 Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı  |     22:42 Çörək BAHALAŞACAQ?  |    
Left Banner
Right Banner

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

19.02.2026 23:19 963
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində “Sülh Şurası”nın ilk iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

Əvvəlcə birgə foto çəkdirildi.

ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış etdi.

Prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğuladı ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi: “Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi – red.) görürük. O gülümsəyir. Siz 30 ildən sonra sülh şəraitində yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. Siz dostumsunuz, ofisimə gəldiniz, dediniz, mən 22 il, hətta 23 il mübarizə apardım. Bax, onunla. Onun həmkarı isə dedi: “Mən də yeddi ildir rəhbərəm. Onunla mübarizə aparmışam”. Biz isə 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı. Düşünürəm ki, onlar artıq dostdur. Mən bəlkə bunu söyləməli deyiləm. Fikrimcə, onlar artıq dostdur, elə deyilmi? Qalxın ayağa. Bunlar möhkəm iradəli insanlardır. Elə bilirsiniz asan idi? Yox, asan deyildi. İki sərt insandır, amma yaxşı insanlardır. Oval ofisdə idik. Onlar ikisi də gəldi. Biri otağın bir tərəfində, digəri o biri tərəfində. Masa arxasında iki gözəl oturacaq var idi. Biri otağın bir yerində, digəri başqa yerində. Dedim onlara bəlkə bir-birinizə yaxın gələsiniz. Onlar bir az tərəddüd etdilər. Otuz iki il idi bir-birilərini məhv edirdilər. Dedim, bir-birinizə yaxın dayanın. Bir saat keçdi və onlar yan-yana oturdular. Razılaşma əldə etdik. Bir-birinin əlini sıxdılar, imzaladılar. Biz iki mühüm ölkə ilə sülhün əldə olunmasına imkan yaratdıq, heç vaxt unutmaram. Yavaş başladılar, sonra isə qəti addımlar atdılar. Siz özünüzlə çox fərəhlənə bilərsiniz. Gözəl hadisədir. Təşəkkür edirəm. Baxın. Otuz iki il… Sağ olun, çox sağ olun”.

Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənildi.

İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnaməsi imzalandı.
скачать dle 11.3
Mojo.az Banner