Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır

19.02.2026 20:02 495
Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır
Ramazan ayının ilk imsak həyəcanı yaşanarkən, uzun sürən aclıq saatlarına hazırlıq da böyük əhəmiyyət kəsb edir. Gün boyu enerjili qalmaq və aclıq hissini daha gec yaşamaq üçün imsakda seçilən qidalar həlledici rol oynayır.

"Unikal" diqqətə çatdırır ki, mütəxəssislər ağır və duzlu yeməklər əvəzinə, həzmi asan, balanslı və tox saxlayan alternativlərin seçilməsini tövsiyə edirlər. Xüsusilə həm çəkiyə nəzarəti qorumaq, həm də gün ərzində halsızlıq yaşamamaq istəyənlər aşağı kalorili, lakin qidalandırıcı reseptlərə üstünlük verirlər.

Ramazanda imsak üçün həm yüngül, həm də tox tutan alternativ axtaranlar üçün bu resept ön plana çıxır. Banan, yulaf, bal, qoz və kefirlə hazırlanan içki zülal, lif və sağlam yağ tərkibi sayəsində uzun müddət toxluq hissi yaradır.

Banan təbii şəkər və kalium mənbəyi kimi enerji verir, yulaf isə yüksək lif tərkibi ilə həzmi ləngidir. Qozun tərkibindəki sağlam yağlar toxluq müddətini uzadır, bal isə ölçülü istifadə olunduqda əlavə enerji dəstəyi verir. Kefir isə həm zülal, həm də probiotik tərkibi ilə həzm prosesini dəstəkləyir.

Hazırlanması üçün bütün ərzaqları blenderdən keçirmək kifayətdir. İstəyə görə, bir neçə parça buz əlavə edərək içkinin daha sərin və təravətli konsistensiya almasını təmin etmək mümkündür.

Son xəbərlər