Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qatarların yoluna tikinti daşları düzüldü: Dəhşətə salan GÖRÜNTÜLƏR (Yenilənib)

19.02.2026 16:35 993
Azərbaycanda qatarların yoluna tikinti daşları düzüldü: Dəhşətə salan GÖRÜNTÜLƏR (Yenilənib)
Qatarların yoluna tikinti daşları düzən şəxslər müəyyən olunub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyuinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, videogörüntüdə əks olunan hal araşdırılıb.

"Polis əməkdaşları tərəfindən əməli törədən iki azyaşlı müəyyən olunub.

Onlar və valideynləri polis orqanına dəvət edilərək profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib, müvafiq məsuliyyət tədbiri görülüb", - deyə L.İsrafilli vurğulayıb.

* * * * *

"Qatar relslərinə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox risk yaradır".

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb:

"Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır. Bu cür ərazilərdə insanların qatar yoluna çıxması olduqca təhlükəlidir. Neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalırlar. Amma bəzən toqquşmalar qaçılmaz olur. Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsiz olması üçün qaydalara diqqət edək, ehtiyatlı davranaq".

Son xəbərlər