Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar |
Mojo.az Avto
Mojo.az Avto

Zəngəzur dəhlizinə birləşəcək YENİ LAYİHƏ - Video

18.02.2026 22:03 561
Zəngəzur dəhlizinə birləşəcək YENİ LAYİHƏ - Video
Naxçıvanda dəmir yollarının yenidən qurulması prosesi davam etdirilir.

Median.Az
Xezerxeber.az-a istinadən xəbər verir ki, ''Azərbaycan Dəmir Yolları'' QSC-dən verilən məlumata görə, ötən ilin sonlarından start verilən layihələndirmə və tikinti işləri bir neçə istiqaməti əhatə edir. Birinci mərhələdə Salamməlik, Ordubad, Aza və Culfa sahələrində infrastruktur yenidən qurulur. Mövcud xətlərin əsaslı təmiri, yol yatağının bərpası və müasir standartlara uyğun relslərin quraşdırılması nəzərdə tutulur.

''Azərbaycan Dəmir Yolları'' QSC-nin rəsmisi deyir ki, Türkiyə tərəfindən Qars-İğdır dəmir yolu xəttinin inşasına başlanıb və bu xəttə Naxçıvanda Sədərək tərəfdən birləşəcək. Bu məqsədlə layihə üzrə işlər Sədərək rayonunda da aparılacaq. Bir sözlə layihə çərçivəsində Sədərək rayonun strateji əhəmiyyəti artacaq.

Son xəbərlər