Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"Analarımız öldü, biz də bu soyuqda öləcəyik" - Binada şoka salan vəziyyət - VİDEO

18.02.2026 21:25 582
Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən yaşayış binasının sakinləri ciddi təhlükə ilə üz-üzə qalıblar.

Çökmüş və çürümüş vəziyyətdə olan taxta pilləkən, həmçinin hər an uçma təhlükəsi yaradan tavan sakinlərin gündəlik həyatını risk altına alır.

Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə Pirallahı Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, indiyədək hər hansı tədbir görülməyib.

"Bir dəfə uşaqlar yatanda tavan uçdu. Az qala 5 yaşlı nəvəmin üstünə düşəcəkdi. Gəlib baxırlar, amma heç nə etmirlər. Neçə vaxtdır deyirik ki, bizi köçürün. Burada yanğın da olub", - deyə sakinlərdən biri narazılığını bildirib.

Digər bir vətəndaş isə vurğulayıb: "Biz normal şəraitdə yaşamaq istəyirik. 1996-cı ildən bura köçmüşük. Hər dəfə bizi aldadırlar ki, evləriniz söküləcək. Analarımız, nənələrimiz dünyasını dəyişdi. İndi uşaqlarımız böyüyüb. Biz də bu soyuqda yaşaya-yaşaya öləcəyik".

Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, sözügedən bina ilə bağlı məlumatlıdırlar:

"Qeyd edək ki, rayon ərazisində ümumilikdə 291 qəzalı bina mövcuddur və onlardan 12-si kəskin qəzalı hesab olunur. Sözügedən bina da həmin siyahıya daxildir. Qısa müddət ərzində əhalinin qanunvericiliyə uyğun şəkildə yeni binalara köçürülməsi istiqamətində müvafiq addımlar atılacaq".
скачать dle 11.3
Mojo.az Banner