Mojo.az Banner
22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)

07.05.2024 21:17 1 188
Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)
Xəzər rayonunun Xaşaxuna bağları ərazisində antisanitariya hökm sürür.

Sakinlər Qaynarinfo-ya bildirib ki, ərazidə zibil əlindən tərpənmək olmur.

"Az qala qapımızın ağzına gəlib çatır. Dəfələrlər əlaqədar orqanlara müraciət etmişik. Amma heç bir nəticəsi yoxdur. Burada xeyli insan yaşayır. Amma bircə dənə də olsun zibil konteyneri yoxdur. Antisanitariya hökm sürür. Üfunət iyindən baş çatlayır", deyə sakinlər bildirib.

Onların sözlərinə görə, problemlə bağlı Qala qəsəbəsinin bələdiyyə sədri Mahir Novruzova müraciət ediblər. Lakin bələdiyyə sədri bu işin onlara aidiyyəti olmadğını bildirib.

"Nə bələdiyyə yaxın durur, nə icra hakimiyyəti. Bilmirik dərdimizi kimə deyək. Neçə müddətdir ki, vəziyyət belədir. Bura xəstəlik mənbəyidir. Amma heç kimi vecinə deyil", deyə şikayətçilər vurğulayıb.

Məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti ilə danışmaq mümkün olmayıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir.

Sakinlərin şikayətçi olduğu ərazidən çəkilmiş videonu təqdim edirik.скачать dle 11.3
Mojo.az Banner