Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Epşteynin sənədləri insanlığa qarşı cinayətdir" - BMT

18.02.2026 20:21 423
"Məşhur amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlər insanlığa qarşı cinayət sayıla biləcək hərəkətlərə işarə edir".

"Unikal" xəbər verir ki, bu bəyanat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında dərc olunub.

Bəyanatda ekspertlər bildiriblər ki, "Qadın və qızlara qarşı törədilən bu vəhşiliklərin miqyası, təbiəti, sistematikliyi və transmilli əhatə dairəsi o qədər ciddidir ki, bəziləri insanlığa qarşı cinayətlərin hüquqi meyarlarına cavab verə bilər".

Ekspertlər hesab edirlər ki, bu cür cinayətlər bütün səlahiyyətli milli və beynəlxalq məhkəmələrdə təqib olunmalıdır. Onlar həmçinin qeyd ediblər ki, sənədlərdə yer alan iddialar müstəqil, hərtərəfli və qərəzsiz araşdırma tələb edir.

Xatırladaq ki, 30 yanvar tarixində ABŞ Baş prokurorunun müavini Todd Blanş Epşteyn işi üzrə materialların açıqlanmasının başa çatdığını elan edib. Açıqlanan məlumatların ümumi həcmi hazırda 3,5 milyon faylı keçib. 2019-cu ildə Epşteyn ABŞ-də yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı ittiham olunub. Həmin ilin iyul ayında o, həbsxanada intihar edib.

Son xəbərlər