Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

İtkin şəhid Mehribanın bacısından açıqlama

18.02.2026 18:14 360
İtkin şəhid Mehribanın bacısından açıqlama
Xəbər verdiyimiz kimi, 19-20 fevral tarixlərində 17 itkin şəhidimiz dəfn ediləcək. Onlardan ikisi qadındır. Şəhidlərdən biri Mehriban Arif qızı Qarayeva, digəri isə Zibeydə Bədəl qızı Əhmədovadır.

I Qarabağ müharibəsində həlak olan Mehriban Qarayevanın bacısı Leyla Qarayeva Musavat.com-a gənc xanımın şəhid olmasından danışıb.

O bildirib ki, ailədə 8 uşaq - 4 bacı, 4 qardaş olublar. Mehriban Qarayeva 1970-ci ilin 27 martında Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhər 3 nömrəli məktəbdə təhsil alıb. Ailə çox kasıb olduğu üçün Mehriban atası ilə birgə bir müddət gənc yaşlarından zavodda işləyib. Daha sonra isə texnikumda təhsil alıb və tibb bacısı ixtisasına yiyələnib: "Bacım tibb bacısı kimi çalışırdı. O, müharibəyə gedəndə 21 yaşı var idi, döyüşlərə könüllü qatılmışdı. Biz onu saxlaya bilmədik. Həmişə deyirdi ki, mən gedib vuraşacağam.

Mən ailənin sonbeşiyi olmuşam və tez ailə qurmuşam deyə başım özümə qarışmışdı. Ona görə də bir çox məqamları mənə ailə üzvlərim danışıb. Onlar bildirirdi ki, qardaşım Famili də müharibəyə aparmaq istəyiblər. O, nişanlı olduğu üçün Mehriban deyib ki, sən nişanlısan, müharibəyə mən gedəcəyəm. Beləliklə, onu getməyə qoymayıb və özü könüllü olaraq müharibəyə tibb bacısı kimi yollanıb”.

L.Qarayeva bildirib ki, cəbhəyə yollandıqdan sonra bacısı arada evlərinə gəlirmiş: "Gəlib evə baş çəkirdi, o zaman onu saxlamağa çalışırdıq, ancaq o, razılaşmırdı. Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində vuruşurdular. Müharibəyə getməsindən 1 il sonra, 1992-ci ildə ailəmiz onun ölüm xəbərini aldı. Ağdərədə onun da olduğu maşın minaya düşmüşdü. Ancaq elə bir dövr idi ki, onun cəsədini geri ala bilmədik. Ermənilərin işğalından sonra ümidimiz təmiz kəsilmişdi. 2025-ci ildə bizə xəbər gəldi ki, qalıqları tapılıb”.

Qeyd edək ki, Mehriban Qarayeva fevralın 20-si saat 11:00-da Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.скачать dle 11.3
Mojo.az Banner