Mojo.az Banner
11:58 Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib  |     11:55 "Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ: Dələduzlar yeni üsula əl atırlar  |     11:53 Pensiyaların yenidən hesablanması ilə bağlı YENİLİK olacaq? - Video  |     11:45 Bu tarixdə Ay tutulması 4 bürcün həyatını dəyişəcək – Astroloqdan AÇIQLAMA  |     11:40 Bu məhsullarda kif və acı dad varsa, istifadə etməyin! – VACİB XƏBƏRDARLIQ  |     11:27 Kirayə evlər daha da bahalaşacaq - ÇIXIŞ YOLU  |     11:17 Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI  |     22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |    
Left Banner
Right Banner

Ögey anasına hücum edərək soyğunçuluq törədən şəxs barədə QƏRAR VERİLDİ

16.02.2026 14:02 516
Ögey anasına hücum edərək soyğunçuluq törədən şəxs barədə QƏRAR VERİLDİ
Gəncə Apellyasiya Məhkəməsində soyğunçuluq əməlində ittiham olunan İntiqam Amalovun (adı və soyadı şərtidir) barəsində çıxarılan hökmdən verilmiş apellyasiya şikayətinə baxış iclası yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən bildirir ki, hakim Salman Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə iclasında yekun qərar açıqlanıb.

Məhkəmənin qərarına əsasən, verilən apellyasiya şikayəti təmin olunmayıb.

İstintaq materiallarına görə, İntiqam Amalov özgə əmlakını açıq şəkildə talamaq niyyəti ilə 2025-ci il iyunun 22-də səhər saat 7 radələrində ögey anası - Tərtər rayonunun Səhləbad kənd sakini, zərərçəkmiş Zəminə Poladovanın (adı və soyadı şərtidir) fərdi yaşayış evinə gəlib. Evə gec gəlməsi səbəbindən ona irad tutan qadınla təqsirləndirilən şəxs arasında münaqişə baş verib. Mübahisə gedişatında o, ögey anasının ağzını əli ilə qapayaraq onu yerə yıxıb, daha sonra boğazından tutaraq sıxıb. Nəticədə İntiqam Zəminə Poladovaya onun boynunun aşağı üçdəbir hissəsinin sağ və sol yan səthlərində sıyrıqlar, sol sağrı nahiyəsinin xarici səthində qançır xəsarətləri yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, sözügedən xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcə təyin olunmayıb.

Bundan sonra təqsirləndirilən şəxs zor tətbiq etməklə əvvəlcə zərərçəkmişin qulağındakı İtaliya istehsalı olan, 583 əyyarlı və ümumi dəyəri 405 manat olan bir cüt qızıl sırğanı, ardınca isə ağzındakı hər biri bir qram çəkidə, 110 manat dəyərində, 583 əyyarlı, Rusiya istehsalı olan 20 ədəd qızıl dişdən ibarət, ümumi dəyəri 2 200 manatlıq protezi çıxarıb. O, ümumilikdə 2 605 manatlıq əmlakı açıq talama yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

Tərtər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs günahkar bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan İntiqam apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.скачать dle 11.3
Mojo.az Banner