Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir ayda ölkədə 23 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

16.02.2026 12:57 483
Bir ayda ölkədə 23 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
2026-cı ilin yanvar ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 793 cinayət faktı aşkarlanıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd edilib.

Bildirilib ki, onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u qanunsuz əldə edilib saxlanılması, biri bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub:

"Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kiloqram 456.646 qram narkotik vasitələrin və psixotrop maddələrin 765 kiloqram 86.6 qramını marixuana, 76 kiloqram 396.846 qramını heroin, 23 kq 339 qramını tiryək, 20 kq 32.8 qramını həşiş, 6 kq 43.5 qramını digər narkotik vasitələr, 2 kiloqram 557.9 qramını psixotrop maddələr təşkil edib.

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin "qara bazar"da ümumilikdə dəyəri 22 milyon 795 min manat civarında qiymətləndirilir".
//oxu.az

Son xəbərlər