Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Milli Məclis Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı illik hesabatını təsdiqlədi

13.02.2026 13:32 318
Milli Məclis Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı illik hesabatını təsdiqlədi
Milli Məclis Ədliyyə Nazirliyi tərəfindən hazırlanan, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsini əks etdirən illik məruzəni bir oxunuşda təsdiqləyib.

Oxu.Az xəbər verir ki, sözügedən sənəd parlamentin bu gün baş tutan plenar iclasının gündəliyinə daxil edilərək müzakirə olunub.

İclasda qeyd olunub ki, 2025-ci ildə yerli özünüidarəetmə sistemində islahatların yeni mərhələsi başlayıb. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanuna uyğun olaraq, ölkə ərazisində bələdiyyələrin sayı 1 606-dan 685-ə qədər azaldılıb. Qanunun tətbiqini təmin etmək məqsədilə Nazirlər Kabinetinin "Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında" Sərəncamına əsasən müvafiq komissiyalar təşkil edilib. Həmin komissiyaların yerlərdəki fərdi tərkibinin təsdiqlənməsi, sədrliyin həyata keçirilməsi və kargüzarlıq işlərinin təşkili Ədliyyə Nazirliyinə tapşırılıb.

2025-ci ilin yanvar ayında keçirilən növbəti bələdiyyə seçkisi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qalıb. Seçkilərin yekunlarına əsasən, 682 bələdiyyə üzrə (3 bələdiyyədə nəticələr ləğv edilib) 8 039 bələdiyyə üzvü seçilib. Yeni formalaşan tərkibdə qadınlar və gənclər üstünlük təşkil edib. Belə ki, qadın üzvlərin sayı 3 148 (39%), gənclərin sayı isə 2 007 nəfər (25%) olub.

Nazirlər Kabinetinin 2025-ci il 3 iyun tarixli Qərarı ilə "Bələdiyyələrə iş" informasiya sistemi (BİİS) haqqında Əsasnamə təsdiqlənib. Hazırda bu sistem yerli özünüidarəetmə orqanlarının işində operativliyin, səmərəliliyin və şəffaflığın artırılmasında, həmçinin məlumatların sistemliliyinin və əlçatanlığının təmin edilməsində vacib rol oynayır.

"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planının icrası çərçivəsində BİİS-in strukturuna yeni altsistemlər əlavə edilib. Portalın altsisteminə daxil olan modullar vasitəsilə bələdiyyələrin gəlir və xərcləri barədə məlumatların toplanması, emalı, axtarışı, təhlili və yayımlanması, eləcə də bütün xərclərin həyata keçirilməsi və maliyyə hesabatlarının elektron qaydada tərtibi təmin olunacaq. Portalın təkmilləşdirilməsi işləri hazırda davam etdirilir.

Dövlət Statistika Komitəsinin 2025-ci ilin aprelində yayımladığı 2024-cü il bələdiyyə büdcəsinin icrasına dair məlumatlara görə, ölkə üzrə bələdiyyə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat (14.4%) artaraq ilk dəfə 63 milyon manata yaxınlaşıb. Mövcud məlumatlara əsasən, 2025-ci ilin yekunlarında bu göstəricinin 60 milyon manatı keçməsi proqnozlaşdırılır.

2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi - Gədəbəy bələdiyyəsi üzrə "Yaşıl Gədəbəy", İsmayıllı bələdiyyəsi üzrə "İsmayıllı Aqrar və Təmir-Tikinti Xidmət İdarəsi", Oğuz bələdiyyəsi üzrə "Oğuz-2025" və Xol Qarabucaq bələdiyyəsi üzrə "Zəfər-Agro-2025" yaradılıb. Onların əsas fəaliyyət sahələri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, habelə təmir-tikinti işlərinin aparılması kimi məsələləri əhatə edir.

Mülki Prosessual Məcəllə və "İcra haqqında" Qanunda edilən dəyişikliklərə uyğun olaraq, bələdiyyələr icra sənədlərini "Elektron icra" informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər. Sistemdə yaradılan elektron kabinetlər vasitəsilə sənədlərin operativ şəkildə icraya yönəldilməsi, prosesin izlənilməsi və icraat materialları ilə real vaxt rejimində tanışlıq imkanı təmin edilib.

Ənənəvi olaraq 2025-ci ildə də dövlət büdcəsindən bələdiyyələrə maliyyə dəstəyi göstərilib. Yerli büdcələr üçün nəzərdə tutulan dotasiyanın həcmi 7.5 milyon manat təşkil edib.

Xatırladaq ki, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən, bu sahədə inzibati nəzarət funksiyasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.скачать dle 11.3
Mojo.az Banner