Mojo.az — elanlar
Son Xəbərlər
18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi narkotik almaq üçün pul verməyən anasını döyüb

05.02.2026 17:23 399
Bakıda kişi narkotik almaq üçün pul verməyən anasını döyüb
Bakının Xətai rayonunda 54 yaşlı kişi ona narkotik almaq üçün pul verməyən anasına şiddət göstərib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə 2024-cü il iyulun 27-də Zirə qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Sahib yaşadığı evdə anası Fatimə ilə (adlar şərti verilib) ona pul verməkdən imtina etməsi səbəbi ilə mübahisə edib. Mübahisə zamanı 54 yaşlı oğul anasını döyüb. Yaşlı qadını divanın üstünə atıb, başını divara çırpıb. Boğazından yapışaraq əli ilə baş və sifət nahiyələrinə zərbələr vurub.

Sahib Xəzər Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan külli miqdarda narkotik vasitə aşkar olunub.

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərərvurma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Sahib ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur:

"Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyiləm. Psixoloji durumum normaldır. Uzun müddətdir narkotik vasitələrdən istifadə edirəm, aludəçiyəm. Yaşadığım ünvandan aşkar olunmuş narkotik vasitə mənə məxsus deyil. Baxışda iştirak edən anam da yalandan bildirib ki, guya evdən aşkar olunmuş narkotik vasitə mənə məxsusdur".

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 27-də saat 22:30-da yaşadığı evdə olub:

"Anamla aramızda mübahisə baş verdi. Əsəbiləşərək anamın qollarından tutaraq onu qonaq otağında olan divanın üzərinə atdım. Anam qonşuluqda yaşayan dayımgilə getdi. Mən də arxasınca getdim ki, barışıb onu yaşadığımız evə gətirim.

Tüfeyli həyat tərzi keçirdiyim üçün anamın məndən zəhləsi gedir. Hadisə günü anamdan pul tələb etməmişəm. Həmin zaman çox əsəbi olmuşam, baş verənləri xatırlamıram".

İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, oğlu Sahib dəfələrə məhkum olunub:

"Narkotik vasitələrin istifadəçisidir. Hadisə günü saat 22:30-da Sahiblə evdəydik, məndən pul istədi, pulumun olmadığını dedim. O, israrla pul istəyirdi. Mən də pulumun olmadığını söyləyirdim. Sonra məni öldürəcəyi ilə hədələdi. Aramızda mübahisə baş verdi. Əli ilə sinəmdən itələdi, yerə yıxıldım. Sonra əli ilə yaxamdan tutaraq qaldırdı, divanın üstünə atdı. Başım divara dəydi. Boğazımdan tutaraq boğmağa başladı. Gözümə, qulağıma şillə vurdu. Ondan məni buraxmasını istədim. Halım pisləşdi. Özümdə güc toplayaraq onun aşağı nahiyəsinə təpiklə vurdum və əlindən çıxaraq qardaşımgilə getdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, təyin edilmiş cəzadan narazı olduğunu bildirib və ona köməklik göstərilməsini xahiş edib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət istəyib. Qeyd edib ki, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilir. O, anası ilə barışmadığını, ancaq bu maddə ilə ona aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Son xəbərlər