Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

3 yaşadək uşağa qulluğa görə nə qədər ödəniləcək? (AÇIQLAMA)

03.02.2026 16:40 612
3 yaşadək uşağa qulluğa görə nə qədər ödəniləcək? (AÇIQLAMA)
Baş nazir Əli Əsədov "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və müavinətlərin hesablanması və ödənilməsi” Əsasnaməsinin yeni variantını təsdiqləyib. Yeni qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq, dəfn, həmçinin sanatoriya-kurort müalicəsi üzrə müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi qaydaları müəyyənləşdirilib.

Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və ya davam edən sosial sığorta hadisələrinə əvvəlki normalar tətbiq olunacaq. Hamiləlik, üç yaşına qədər uşağa qulluq və digər müavinətlər isə yeni qaydalara uyğun hesablanacaq.

Bəs üç yaşına qədər uşağa qulluğa görə ödənişin məbləği nə qədərdir?

İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, uşağın üç yaşına qədər qulluq edilməsinə görə müavinət yeni qaydalara əsasən ödəniləcək:

"Rəsmi mənbələrə əsasən, uşağın 1,5 yaşına qədər olan dövr üçün aylıq müavinət 44 manat, 1,5 yaşdan 3 yaşadək dövr üçün isə 28 manat müəyyən edilib. Bu ödənişlər uşağın 3 yaşı tamam olanadək aylıq şəkildə verilir və qismən ödənişli sosial məzuniyyət dövründə tətbiq olunur".

Ekspertin sözlərinə görə, yeni təsdiqlənmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələr” Əsasnaməsi qüvvəyə mindiyi tarixədək baş vermiş və ya davam edən hallar üçün əvvəlki normalar qüvvədə qalacaq:

"Lakin ümumilikdə, uşağa qulluğa görə müavinətin məbləği yuxarıda qeyd olunan həcmdə saxlanılır".

Son xəbərlər