Mojo.az Banner
21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramvay "28 Mall"un qarşısından keçəcək - FOTO

29.01.2026 16:41 594
Tramvay
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən 2030-cu ilədək Bakıda ilk tramvay xətti istifadəyə veriləcək.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsindən "28 May" metrostansiyasınadək uzanacaq xətt paytaxtın ictimai nəqliyyat sisteminə və şəhər mühitinə böyük töhfələr verəcək. Perspektiv layihədə istifadəyə verilməsi planlaşdırılan digər 4 xətt isə Bakının ümumi mənzərəsini və şəhər keyfiyyətini əsaslı dərəcədə yaxşılaşdıracaq.

"Sea-Breeze" – Mehdiabad

Mehdiabad – 8 Noyabr prospekti

Bayıl – "28 May"

Həzi Aslanov – "28 May"

Əvvəlcə yaxın gələcəkdə istifadəyə veriləcək Mehdiabad – "28 May" xəttinin faydalarından bəhs edək:

İlk olaraq bu yeniliklə o qədər də yüksək keyfiyyətli ictimai nəqliyyatla təmin edilməmiş Rəsulzadə, Binəqədi, Mehdiabad və ətraf qəsəbələrin əhalisi daha əlçatan xidmət ala biləcək. Həmçinin Rəsulzadə qəsəbəsindən son nöqtəyədək Azadlıq prospekti ilə hərəkət edəcək tramvaylar metronun da yükünü azaltmış olacaq. "Azadlıq prospekti" stansiyasının yaxınlığından keçəcək tramvay xətti metronun yaşıl xəttinin yükünün bir hissəsini öz üzərinə götürəcək.

Prospekt boyunca avtobus zolağının mövcud olması da tramvay xəttinin çəkilməsini rahatlaşdıran amillərdəndir. Belə ki, müasir tramvay xətlərinin relsləri digər nəqliyyat vasitələrinin də buradan hərəkətinə ciddi çətinlik yaratmadığından həmin zolaqların müəyyən hissələrdə müştərək istifadəsi mümkündür. Bir çox ölkələrdə bu təcrübədən geniş istifadə edilir.

Həmçinin Azadlıq prospektinin "28 May"a daha yaxın hissələrində isə küçənin tamamilə avtomobilsizləşdirilməsi və Cəfər Cabbarlı meydanında yaradılmış mühitə birləşdirilməsi də mümkündür ki, bu da şəhərin mərkəzində sosial mühitin yaxşılaşmasına, iqtisadi və mədəni aktivliyin daha da artmasına gətirib çıxaracaq.

Bakıda tramvay şəbəkəsinin dəmir yolu və metro ilə inteqrasiyası ictimai nəqliyyat çeşidliliyini artırmaqla, paytaxtın səs və ekoloji çirkliliyini də xeyli dərəcədə azaltmış olacaq. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mövzu ilə bağlı bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda ilk növbədə "Mehdiabad-28 May (HUB)" tramvay xəttinin çəkilməsi nəzərdə tutulub. Bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub. Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun "Azadlıq prospekti" stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər.

Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan "28 May"da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir.

Paytaxtda ictimai nəqliyyat sahəsində görülən və görüləcək işlər yaxın gələcəkdə vahid bilet sisteminin yaradılmasını da gündəmə gətirir və yaxın illərdə bu istiqamətdə də addımların atılması mümkündür.
скачать dle 11.3
Mojo.az Banner